GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » AMEA-da külqabı, şillə-təpik davası

AMEA-da külqabı, şillə-təpik davası

Tarix: 22-07-2014, 15:01 Bölmə :Ölkə Baxış: 0
AMEA-da külqabı, şillə-təpik davası


AMEA-da seçkilər bitsə də, narazılıqlar daha da qızışır.
AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Məhəmməd oğlu Şahverdiyev ölkə prezidenti İlham Əliyevə şok şikayət məktubu yazıb.
Həmin məktubu olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına açıq məktub:
Çox Hörmətli Cənab Prezident!
AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti kimi PA-dan gələn təyinat siyahısı üzrə keçirildi və 30 iyunda başa çatdı. Bu dəfə hətta əlavə yerlər üzrə belə əlavə siyahı göndərildi.
Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı, Hirş indeksim AMEA da ən yüksəkdir (bütün elm sahələri üzrə), mən AMEA-dan kənarda qaldım.( Hirş indeksi haqqında: bir alimin Hirş indeksinin məsələn 5 olması o deməkdir ki, o alimin ən azından 5 məqaləsinə ən azı 5 sitat var)
Sivil dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər elmi işlərə sitatlar, Hirş indeksi əsasında keçirilir. Əksər ölkələrdən fərqli olaraq MDB-də seçilmişlər əlavə maaşla təmin olunurlar (Azərbaycanda müxbir üzvlər 800 AZN, həqiqi üzvlər-1200 AZN əlavə alırlar ki, bu da “seçkilərdə” olan intriqaları iti süjetli dramaturgiya səviyyəsinə qaldırır, “seçkinin” son günləri və saatları isə təyin edənlərin sanki qəsdən sürpriz qərarları ilə yadda qalır, elmə aidiyyəti olmayan şəxslərin varlığını üzə çıxardır). Xaricdə akademiyalar daha çox alimlərin üzvlük haqqı ödədiyi müzakirə klublarını xatırladır, amma ora əsl seçki keçirilir, yeni yerlər satılmır. Amma üzvlər bir çox preferensiyalara malik olurlar, bəzi jurnallara pulsuz abunə, bəzi konfranslarda ödənişsiz iştirak və sair. Çox maraqlı bir faktı qeyd edim ki, Nobel mükafatı alanların az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir.
Aşağida bir sıra təyin edilmişlərin bəzilərinin sitatları Thomson Reuters-in Web of Knowledge bazasından, bəzilərinin ki isə SCOPUS data bazasından götürülüb. Məsələ ondadir ki, hər iki verilənlər bazası bəlli səbəblərdən (sitatları çox aşağıdı deyə AMEA rəhbərliyində maraq yoxdur) Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci ildə TR bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS –dakı məlumatları isə hərdən Elsevier jurnalları üçün resenziya fəaliyyəti ilə məşğul olduğumdan və bir müddətə SCOPUS-a girış icazəsi verildiyindən mən özüm tərtib etmışəm.). Scholar.google.com isə açıq domendir, amma ordakı sitatlar konservativ deyil. Buna baxmayaraq, müəyyən korreksiya əmsalı ilə SCOPUS və Thomson Reuters-dəki statlar haqqında da təxmini bilgi almaq olar
Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında 1986-cı ildən xaricdə bir məqalə dərc etdirməyən, yalnız Azərbaycanda bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da yaşayır və elmi işlə məşğul olmur.(Thomson Reuters-də-cəmi 25 sitat). Analoji dövr üçün Thomson Reuters-də mənim işlərimə sitatların sayi 601 olub.
Görəsən onda o elmin inkişafında hansı xidmətlərinə, hansı qiymətli tədqiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Sualın cavabı çox sadədir: Belə bir adamın müxbir üzv təyin edilməsi ölkənin onlarla istedadlı elmi işçilərini ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır. Mesaj belədir ki, biz bizim Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edirik, təki “bizim adam” olsun. Çox güman ki, bu tendensiya elmi gözdən salmaq üçün düşünülmüş addımdır.
Digər təyin edilmiş müxbir üzv – İsgəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almış, sonradan PA-dan göstəriş əsasında sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında olmayıb. Elmi işlərinə istinadlar hətta scholar.google.com-da belə yox dərəcəsindədir. Bu fakt bariz şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? Bəs görəsən belə elmi nəticələrə malik İsgəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?.
Təyin edilmişlər arasında 22 ildir Azərbaycandan kənarda Türkiyə və indi Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış (ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmış), ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə ən konservativ data bazası olan SCOPUS-da cəmi əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi- PA-da elm adamlarına yaxşı məlum olan yüksək cinli bir məmurun Fizika İnstitutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək çox nüfuzlu Physical Review jurnallarında məqalə dərc etdirmiş azsaylı Azərbaycanlı alimlərin siyahısına daxiı olmuşdur. Şəxsi maraqlarını hər şeydən üstün tutan bu şəxsin təyin etdirdiyi ikinci adam- fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş Nazim Məmmədovdur. Ümumiyyətlə, hər şeyin təyinatla həll olunduğu bir seçkidə belə bu şəxs özü haqqında yalan məlumat verməkdən çəkinməyib. Yuxarıda qeyd olunan elektorat üçün dərc olunmuş məlumat kitabçasında Nazim Məmmədov iddia edir ki, o, ona yaxın elmlər namizədi və doktoru yetişdirib. Bu barədə hətta AMEA-nın rəsmi saytında belə, onun 60 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunması haqqında yazıda da məlumat verib. Belədirsə, qoy o, 4-5 rəhbərlik etdiyi namizəd və doktorun avtoreferatlarını nümayiş etdirsin. Özünü Osaka Universitetinin Professoru hesab edən Nazim Məmmədov görəsən doğrudan da 5 elmlər namizədi yetişdiribsə niyə AAK-dan professor rütbəsini hələ də almayıb.
Maraqlıdır ki, Elmin İnkişaf Fondunun (EİF) indyə qədər Azərbaycan elminə qoyduğu vəsaitin az qala üc də biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala yarısı Türkiyədə çalışan bir Azərbaycanlı alim tərəfindən edilib. Onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə beynəlxalq konfransdır ki, bir konfrans materialında bir adamın 8-9 təqdimatını çap etdirir. Digər ilginc bir məqam isə milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonuncu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Elm adamları üçün cavablar çox maraqlı olardı.Əlbəttə müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var!. Nazim Məmmədovun həmişə məşğul olduğu mövzu marginal bir mövzu olduğundan o bir az aktual sahələrə baş vurmağa çalışır, gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan kristalloqrafiya sahəsində aktual bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktorluq dissertasiyaları hazır olmuş alimlərə ( görünür asan müdafiə müqabilində) məsləhətçilik edir.
Bax indi sual olunur ki, görəsən yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov elmin inkişafında hansı xidmətlərinə və hansı qiymətli tədqiqatlarına görə ən yüksək elmi rütbələrdən birinə layiq görülüb?
Cənab Prezident!
Nazim Məmmədov barəsində yazarkən onun son illər (direktorluqdan qabaq o, il yarım direktor müavini idi) Fizika İnstitutunda qəsdən yaratdığı idarə-üsulu haqqında susmaq olmur. Maraqlıdır ki, direktorun qəbul günü yoxdur, və onun istəmədiyi adam qəbula gələndə “vaxtım yoxdur” deyə yumşaq desək bağırmağa başlayır. Bir neçə fakt gətirmək istəyirəm:
1)Bir neçə il qabaq mətbuatda (“Azadlıq” qəzeti, 2011) Nazim Məmmədovun da adının keçdiyi bir qrant layihəsi haqqında “3.5 milyonluq plagiat” adlı yazı getmişdi. Cavab yazısında qarşı tərəf yazının əsassız yerə şübhələndikləri təşkilatçısını “elmdə gücsüz” adlandırmışdı. Həmin müxbir üzv Elmi Şurada adekvat cavab verdikdə is Nazim Məmmədov onun üstünə hücum cəkmişdir;
2) İyulun əvvəlində o bir elmlər doktorunu ” julikin biri, julik, rədd ol burdan” deyərək direktorun kabinetindən qovmuş və koridora çıxaraq bağırmağa başlamışdır;
3) O bir dəfə bir otağa daxil olmuş və bir nəfəri vurmaq üçün külqabını ona atmışdır;
4) Başqa bir vaxt bir elmlər doktorunu kabinetində qeyri-etik ifadələrlə təhqir etmişdir. Sual oluna bilər ki, Nazim Məmmədovu belə məsuliyyətsiz davranmağa nə vadar edir? Onda cəzasızlığa belə əminlik hardandır? Yəqın ki, onun özünü idarə edə bilməməsi və fikrimcə ən əsası onun himayədarı olan Oktay Ələkbəronun tez-tez sirdaşlarına təkrar etdiyi o ifadə ki, mən Nazim Məmmədovu direktor təyin etmışəm ki, o, bu camaatı şillə-təpiklə idarə etsin. Bax belə! Nə az, nə çox!
Özündən aşağı saydığı, çəkinmədiyi adamlarla istədiyi kimi davranan Nazim Məmmədov özündən “böyüklər” saydıqlarının qarşısında bəzən sarkazm doğuran mükəmməl təzimləri ilə yadda qalır. Görünür burada onun Osaka professorluğu özünü tam çiçəkləndirmişdir.
Çox maraqlı bir faktı da qeyd etmək istəyirəm. Nədənsə İnstitutda olan müşahidə kameralarının monitorinq mərkəzi Oktay Ələkbərovun otağında yerləşir. Deyəsən, doğrudan da ” 1984” uzaqda deyil.
Digər bir təəccüb doğuran fakt ondan ibarətdir ki, Oktay Ələkbərov bütün məsuliyyət həddini aşaraq, işlərini pis-yaxşı tamamlamış bəzi biçarə aspirantlardan, dissertantlardan tələb edir ki, filan elmi rəhbərinizdən imtina edin ki, mən sizi müdafiəyə buraxım, təsdiqdə probleminiz olmasın və sair.
Cənab Prezident!
Xahiş edirəm ki, Fizika İnstitutunun əməkdaşlarının təhlükəsizliyini təmin edəsiniz və fizika-riyaziyyat-texnika elmlərini Oktay Ələkbərovun əsarətindən xilas edəsiniz.
Cənab Prezident!
Fizika üzrə müxbir üzvlüyə təyin edilmişlər arasında Aydın Kazimzadənin işlərinə Thomson Reuters-də cəmi 111 sitat var, İsmət Nəcəfovun işlərinə isə cəmi 75 sitat olub. Övsət Abdinovun islərinə isə Thomson Reuters-də 200-ə yaxın sitat olub. Bura onun 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar daxil edilməyib. Çünki elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən belə hallarda sitatların sayi müəlliflərin sayına bölunməlidir (J.E. Hirsch, An index to quantify an individual’s scientific research output, Proceedings of the National Academy of Sciences of the United States, v.102, N46, pp.16569-16572, 2005) Bundan əlavə Azərbaycan bit tərəfdaş ölkə kimi CERN-dəki Proyektlərdə iştirak üçün hər il böyük vəsait ayırır və orada Ovsət Abdinovdan başqa daha bir neçə Azərbaycanlı alim iştirak edir. Bu konteksdə çox maraqlı daha bir məlumat: Seçkilər qabaq
Övsət Abdinov Dubnadakı Nüvə Mərkəzindəki Səlahiyyəti Nümayəndə postunu uğurla nüvə fizikasında mütəxəssis olmayan Nazim Məmmədova təhvil vermişdir. Halbuki həmisə həmin nümayəndə nüvə fiziki olmuşdur.
Müqayisə üçün deyim ki, mənim işlərimə sitatların sayı 601 olub.Təyin edilmışlərin əksəriyyəti yaşı 75-i çoxdan keçmiş, hətta 80-ı haqlamış şəxslərdir və heç vaxt elmdə xüsusi nailiyyət əldə etməyiblər.
Cənab Prezident!
Həqiqi üzvlərə gəlincə isə,həqiqi uzv təyin edilmış Bahadur Tagıyevin işlərinə SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat(Hirş indeksi-7) var; Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı iki rəqəmli ədədlə ifadə olunur, Hirş indeksindən isə danışmağa belə dəyməz.
Yenə müqayisə üçün xarırladım ki, mənim işlərimə SCOPUS-da 549 sitat var, Hirş indeksim isə 12-dir. Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdır və istər Azərbaycanda, istərsə də xarıcdə çalışan bütün həmvətənlərimiz arasında belə ən yaxşılarındandır.
Görəsən demək olar ki, konservativ verilənlər bazasında yox dərəcəsində istinadları olan Cavad Abdinov hansı geniş tədqiqatlarına, hansı elmə gətirdiyi yeni biliklərə görə, hansı tanınmış elmi məktəblərinə görə belə ən yüksək elmi rütbəyə layiq görülüb? O necə yeni biliklərdir ki, tanınmış data bazalarında Azərbaycan elminə demək olar ki, sitatlar gətirə bilmir. Bu sualı həm də digər iki təyin edilmış akademiklər haqqında səsləndirmək olar.
Bu konteksdə bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar elmi işlərinə citatların sayi yox dərəcəsində olan bəzi alimlərimiz onlarla elmlər namizədi yetişditməklərini qabartmağa çalışır. 40-50 il elmi fəaliyyətlə məşğul olan alim neşə ola bilər ki, 30-40 davamçı yetişdirsin. Belə çıxır ki, 30-40+1 kollektivi uzun illər Azərbaycan elminə sitatlar gətirməyən işlər dərc etdirmışdir. Birdə ki, elmin xususiyyətini yaxşı bilən alim başa düşür kü, bir alimin bu qədər işlərə rəhbərlik eləməsi fantaziyadır. Bu işlər ən yaxşi halda bir-birindən illərlə köçürmə, kompilyasiya sayəsində yaranmışdır. Azərbaycanda elmı işlərə sitatların az olmasının əsas səbəblərindən biri də budur. Bir də ki, Azərbaycanda hamı bilir ki, bu işlər bir çox hallarda necə və nəyin hesabına yazılır.Görəsən bu alimlərin bu sahədə beynəlxalq təcrübədən heç olmasa xəbəri varmı. Ən tanınmış beynəlxalq səviyyəli alimlər (bəzi istisnalar olmaqla) həyatı boyunca 5-6 davamçı hazırlaya bilirlərsə, bu, böyük uğur sayılır.
Belə ğörünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə onun tənəzzülünə yönəlmış düşünülmüş bir addımdır, çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilmiş hədiyyədir, AMEA-da çalişan onlarla istedadlı alimlərə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Heç də təsadüfi deyil ki, AMEA-nın Thomson Reuters, SCOPUS ilə onların məlumat bazasına girişlə bağlı apardığı danışıqlar illərdir ölü nöqtədən tərpənmək bilmir. EİF-ə ayrılan vəsaitlərin az bir hissəsi kifayətdir ki, bu danışıqlar Azərbaycan alimlərinə bütün dünyada istifadə olunan məlumat bazalarına girişi təmin etsın. Əvəzində EİF ildən-ilə beylnəlxalq qrantlar almayan eyni adamlara külli miqdarda qrant ayırmaqla məşğuldur.
Fizika üzrə təyin edilmışlərin siyahısından görünür kü, siyahı sərti olaraq üç güç mərkəzinin konsensusudur: PA, nüfuzlu bir akademiya və PA HS şöbəsi.
Cənab Prezident!
Xahiş edirəm ki, yaranmış vəziyyətdə seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq seçkilərin ləğv edilməsi və elm adamları üçün yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz.
Hörmətlə,
Elman Şahverdiyev
AMEA Fizika İnstitutu
****
Mia.az Elman Məhəmməd oğlu Şahverdiyevin tərcümeyi-halını da təqdim edir:
“Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda anadan olub. Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. Moskvada Ümumi Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur. Bu istiqamət dünya elmi üçün də nisbətən yenidir (20 il). Elmi biliklərə təsirinə görə xaosun kəşfini kvant nəzəriyyəsinin yaranması ilə müqayisə edirlər. Elman Şahverdiyev Azərbaycanda müxtəlif elm sahələrinin qovşağında (multidisciplinar) yerləşən bu sahənin yaradıcısıdır və beynəlxalq səviyyədə qəbul olunan aparıcı mütəxəssisdir. Science Citation indeks jurnallarında 60-dan yuxarı məqalə dərc etdirib. Demək olar ki, bütün məqalələri ingilis dilli jurnallarda dərc olunub.
Aldığı fundamental nəticələr proqnozlaşdırmada, informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli kompüterlərin yaradılmasında, sistemlərin fəaliyyətinin optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində və sair istifadə oluna bilər.
Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində davam edir. İndiyə qədər on dörd beynəlxalq qrant alıb (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən.).30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir.
İşləri haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001 ci ildə Elman Şahverdiyevin də həmmüəllifi olduğu məqaləyə aid yazısında bu məqalədə alınan nəticəni Minilliyin ən mühüm experimentlərindən biri kimi xarakterizə etmişdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərir. Amerikada dərc olunan -Dynamical and Control Systems (IASR) Jurnalının Editorlarından biridir.
Məqalələrinə olan sitatların sayı 1000-dən yuxarıdır(scholar.google.com). Ən çox sitatları olan ilk iki məqaləmin hərəsinə 200 -ə yaxın sitat verilib. Hirş indeksi isə 15-dir. Bu göstəricilər Azərbaycan alimləri arasında bütün elm sahələri üzrə ən yaxşılarındandır. 4 Oktyabr, 2012-ci ildə Thomson Reuters Korporasiyası Azərbaycan fizikləri arasında Elman Şahverdiyevi “Fizikada Mükəmməlliyə” diplomu ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu Wall Street Jurnalda da dərc olunmuşdur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ

    AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ ...

    4-06-2013, 17:38

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • AMEA-ya yeni təyinat

    AMEA-ya yeni təyinat ...

    19-06-2013, 15:34

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu