Azərbaycanda yeni elektron informasiya sistemi əmək bazarının təhlili üçün dolğun informasiya bazası formalaşdıracaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Bu il iyulun 1-dən istifadəyə verilən elektron informasiya sistemi (EİS) əmək müqaviləsi bildirişləri haqqında bütün məlumatları əhatə edəcək.
İnformasiya bazasında əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə toplanan məlumatlar əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa imkan verəcək. Real məlumatlara əsasında aparılan təhlillərin nəticələri isə gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının, islahat tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.
Digər tərəfdən, bu və ya digər müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarəti zamanı işçilərin leqal və ya qeyri-leqal əmək fəaliyyəti göstərdiyi informasiya bazasında onlarla bağlı əmək müqaviləsi bildirişinin mövcud olub-olmamasından asılı olaraq operativ şəkildə müəyyənləşəcək.
Sorğu
Yeni dizaynımız necədir?