İyulun 17-də Ukrayna ərazisində terror aktı nəticəsində qəzaya uğrayan və 298 sərnişinin ölümü ilə nəticələnən Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsi ətrafında hər keçən saat üzücü xəbərlər gəlməkdədir.
Meyitləri naməlum istiqamətə aparılan sərnişinlər bu dəfə separatçıların insanlığa sığmayan daha bir hərəkətləri ilə üzləşiblər.
Belə ki, terrorçulardan birinin ölü sərnişinin barmağından qızıl üzüyü çıxarması yaxınlıqda analiz aparan beynəlxalq müşahidəçilərin obyektivinə düşüb.
Foto internet resurslarında sürətlə paylaşılıb və böyük media qurumlarının manşetinə çevrilib. Hamı insanlığa sığmayan bu hərəkətdən heyrət içindədir
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?