Azad Azərbaycan” Televiziyasının (ATV) 20.30-da yayımlanan “ATV Xəbər” informasiya buraxılışında maraqlı hadisə baş verib.
Xanım aparıcı xəbərlər proqramı başlayan kimi Zaqatala rayonunda 6 bal gücündə zəlzələ olması barədə xəbər verib. O deyib ki, Zaqatalada hər hansı dağıntı baş verməsə də, əhali arasında təşviş yaşanıb. Aparıcı “ötən zəlzələdən qalan çatların genişləndiyini” də əlavə edib. Lakin 1,5 dəqiqə sonra xanım aparıcı Zaqatala rayonunda zəlzələ olması barədə verdiyi xəbəri təkzib edib və tamaşaçılardan üzr istəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?