Çində dünyada bənzəri olmayan hava limanının tikintisi başa çatmaq üzrədir. Gələn ay açılışı gözlənilən bu liman adi aeroportlardan fərqli olaraq yüksək dağ zirvəsində, buludlardan da hündürdə yerləşir.
Çinin Quanqşi-Juanq muxtar rayonunun dörd milyona yaxın əhalisi olan Heçi şəhərində fəaliyyət göstərəcək aeroportun inşaası beş ilə başa gəlib. Uzunluğu 2200 metr, eni isə 45 metr olan hava limanını salmaq üçün 60-a yaxın zirvə dağıdılaraq hamarlanıb.
Heçi aeroportu 4C kateqoriyasına şamil olunur. Bu qeyri-adi aeroporta təyyarələrin enməsini yalnız intensiv təlim görmüş peşəkar pilotlar həyata keçirə bilər. Hava limanı Bombardier CRJ900, Embraer E190, Boeing 737-700 və Airbus A320 kimi təyyarə növlərini qəbul edə biləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?