2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı hazırlıqlar davam edir. Paytaxt Bakı bu tədbir istiqamətində qaynar bir hazırlığın içindədir. Metronun “Koroğlu” stansiyası yaxınlığında inşa edilən əzəmətli “Olimpiya kəndi” demək olar ki, tam hazırdır. Eyni zamanda oyunların keçiriləcəyi Böyükşor gölünün ərazisində tikilən arenada işlər sürətlənib. Şübhəsiz ki, bütün bunlar yaxşıdır və hər kəs kimi, biz də gedişatı maraqla izləyirik. Lakin oyunların keçirilməsinə bir ildən çox bir müddət qalmasına baxmayaraq, ölkəmizdə bu yarışla bağlı qeyri-adi yeniliklər də baş verir. Məsələn, bizdəki məlumata görə, bir neçə gün əvvəl Bakıya super bahalı avtomobillər gətirilib. gundemxeber.az-ın məlumatına görə, “Lamborghini”, “Ferrari” kimi sürətli və bahalı avtomobillərin Azərbaycana partiya halında gətirilməsi də Avropa oyunları ilə əlaqədardır. Bakıya gətirilən bahalı “Lamborghini”lərdən biri Nərimanov rayonunda görüntülənib. “HL 184 AZ 14″ tranzit nömrəsi ilə, paytaxt küçələrində şütüyən bu maşının sahininin icra başçılarından birinin oğlu olduğu deyilir. MediaPost.az-ın məlumatına görə, bahalı “Lamborghini” Bakıya Almaniyadan xüsusi sifarişlə gətirilib. Maşın Bakıdakı “Lamborghini” salonundan alınmayıb. Maşının sahibi ilə bağlı araşdırmalarımız davam edir.. Yaxın günlərdə bu barədə oxucularımızı məlumatlandıracağıq… Sevinc Əliyeva
Sorğu
Yeni dizaynımız necədir?