“Biz çimərliyə getmişdik ki, həyat yoldaşıma üzməyi öyrədim. Amma bundan şou duzəltdilər”.
Bu barədə ANS PRESS-ə bir neçə gün öncə şəkli Bakı çimərliklərinin birində çəkilərək sosial şəbəkədə yayılmış qadının həyat yoldaşı danışıb.
“Biz türkiyəliyik. Bəlkə də Türkiyədə olsaydıq, çimərliyə getməzdik. Azərbaycanı Türkiyəyə baxanda belə məsələdə daha tolerant, daha inkişaflı ölkə sayırıq. Həyat yoldaşıma üzməyi öyrətmək istəyirdim. Buna görə dənizə girdik. Amma şəklimizi sosial şəbəkəyə yerləşdirdilər və məsələdən başı çıxan-çıxmayan hər kəs haqqımızda ağzına gələni yazdı. Məgər hicablı qadın dənizə girə bilməz? Ona görə də, haqımızı bu dedi-qodu yazanlara halal etmirəm. Bizə Ramazan bayramını haram etdilər”,- deyə türkiyəli kişi bildirib.
Qeyd edək ki, sosial şəbəkədə yayılan şəkillərdə sözügedən xanımın və həyat yoldaşının islami qaydalara uyğun davrandığı açıqca görünür. Yəni qadının o şəkildə dənizə girməsi nə təqvanı, nə də qadının tutduğu orucu pozmur. Çünki şəkildən görünür ki, qadın başını suya soxmur. Buna görə də sosial şəbəkədə şəkilin altından layiq olmayan sözlərin yazılması anlaşılan deyil.
Əslində, bütün bu problemlərin kökündə cəmiyyətin, jurnalistin və s.-in məlumatsızlığı durur və həmin hicablı mömünədən, həm də bu məsələdə haqqı tapdanmış bütün ana və bacılarımızdan buna görə üzr istəyirik
Sorğu
Yeni dizaynımız necədir?