Hazırda paytaxtn Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxan gənc oğlan özünü atmaq istəyir. Əraziyə çoxlu sayda polis əməkdaşı gəlib. Eyni zamanda yoldan keçən vətəndaşlar dayanaraq gənci intihar fikrindən daşındırmağa çalışırlar. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da əraziyə cəlb olunub. Hazırda intihar etmək istəyən şəxslə nazirliyin psixoloqları söhbət aparır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?