GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Xəzər adaları”: 100 milyardlıq risk

“Xəzər adaları”: 100 milyardlıq risk

Tarix: 1-08-2014, 00:50 Bölmə :Ölkə Baxış: 0
“Xəzər adaları”: 100 milyardlıq risk


Nüfuzlu əcnəbi ekspertlər Hacı İbrahimin nəhəng layihəsinin səmərəliliyini və perspektivlərini “Bizim Yol”a şərh edirlər
Söhbət iş adamı Hacı İbrahim Nehrəmlinin həyata keçirdiyi, faktiki olaraq yeni şəhər sayılan layihədən gedir. Süni yaradılmış 78 adanın üzərində yerləşəcək, 19 mikrorayondan ibarət olacaq "Xəzər adaları" 3350 hektar ərazini əhatə edir. Arxipelaqın ümumi sahəsi 30 kvadrat kilometr, uzunluğu 10, eni isə 6 kilometrdir. Bu rəqəmlərin nə demək olduğunu təsəvvür etmək üçün, hamıya yaxşı məlum olan Babək prospektinin uzunluğunun cəmi 4 kilometr olduğunu qeyd etmək kifayət edər.
Layihənin icraçısı "Avesta" konserni 3 il əvvəl bu işə başlayıb. Hal-hazırda yeni şəhərin girişi sayıla biləcək körpü, restoran kompleksi, 4 kilometrlik dənizkənarı bulvar və 4 əsas adadan 1-i tikilib. İndi isə özündə 40-50 əsas yaşayış binasını birləşdirəcək daha bir adanın tikintisi davam edir. Bu adada 100 min insanın yaşaması nəzərdə tutulur. Tikinti tam başa çatandan sonra şəhərdə daimi olaraq 800 min sakinin və əlavə olaraq 200 min turistin yaşaması nəzərdə tutulur. 2026-2030-cu illərdə şəhərin tikintisinin dördüncü mərhələsinin başa çatdırılması nəzərdə tutulur.

Yeni şəhərin daha bir özəlliyi dünyada ən hündür binanın - "Azerbaijan Tower"in tikintisi olacaq. Hündürlüyü 1050 metr olacaq binanın tam tikintisi 2022-ci ildə başa çatdırılmalıdır. Qeyd etmək lazımdır ki, öncələr layihədə binanın hündürlüyü indikindən 10 metr az göstərilmişdi, lakin Konsern planları dəyişdi və dünyada ən hündür binanın tikilişinə qərar verildi. Bu vaxta qədər tikinti yalnız "Avesta"nın maliyyəsi hesabına həyata keçirilsə də, bundan sonra Konsern layihəyə xarici sərmayəçilərin cəlb olunması üçün fəaliyyətə başladı. Son 1 il ərzində bir çox investorlar bu layihəyə maraq göstəriblər. Konsernin rəhbərliyi artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, Qətər, ABŞ, Bəhreyn, Kanada və Türkiyədən olan bir çox sərmayəçilərlə danışıqlar aparır.

40-60 mərtəbəli bir neçə binanı istisna hesab etsək, adalardakı əsas yaşayış binaları 25 mərtəbədən ibarət olacaq. Adalarda tikinti işləri davam etsə də, artıq mənzillərin satışına başlanılıb. 250 min mənzildən birinə sahib olmaq üçün istənilən insana 2 illik faizsiz kreditlə və ya 15 illik ipoteka ilə mənzilləri almaq imkanı verilir. Mənzillərin kvadrat metrinin qiyməti 3500 manatdan başlayır.

Yeni şəhərdə əhaliyə bir çox yüksək səviyyəli dünyaca məşhur otel şəbəkələri xidmət göstərəcək. Amma ekspertlər hesab edirlər ki, adalarda yaradılacaq cah-cəlal orta statistik azərbaycanlının cibinə uyğun olmayacaq. "Bizim Yol"un müraciət etdiyi müstəqil ekspertlər, ümumiyyətlə, bu yeni şəhərin salınmasının məntiqə uyğun olmadığını bildirdilər. Onların fikrincə, Azərbaycan əhalisinin 1/3-i, yəni 3 milyon insan paytaxt Bakıda yaşayır. Belə olan halda, paytaxta bitişik milyonluq şəhərin tikintisinə nə ehtiyac var?

Mütəxəssislər hesab edirlər ki, tikintinin yeri də uğurlu seçilməyib. Yaxınlıqda sement zavodları, kimya müəssisələri və gəmiqayırma zavodu var. Səngəçal Neft Terminalı və tikintisi davam edən yeni liman da "Xəzər adaları"ndan o qədər də uzaqda deyil. İqtisadçı-ekspertlər bu qədər böyük investisiyaların belə layihəyə qoyulmasını məntiqsiz və perspektivsiz hesab edirlər. Beləliklə, "Bizim Yol" Hacı İbrahimin sözügedən layihəsinin nə dərəcədə səmərəli və uğurlu olub-olmaması məsələsini Rusiyanın nüfuzlu mütəxəssisləri ilə müzakirə edib.

"Proyektin tam olaraq başa çatması real görünmür"

Tanınmış iqtisadçı, "Alpari" analitik departamentinin direktoru Aleksandr Razuvayevin fikrincə, "Xəzər adaları" əvvəlcədən göstərilən həcmdə reallaşmayacaq: "Çünki tikintinin maliyyə xərcləri barədə mütəmadi olaraq göstərilən rəqəmlər bir-birindən kəskin fərqlənir. Göstərilən bir rəqəm Azərbaycanın ümumdaxili məhsuluna bərabərdir. Hesab edirəm ki, Rusiyada da haqqında sözü gedən Hacı İbrahimin bu layihəsinin ciddi ixtisarlara ehtiyacı var. Belə ki, həmin proyektin reallaşa bilməsi üçün, həm miqyası, həm də büdcəsi xeyli dərəcədə azaldılmalıdır. Yalnız bu halda ölkə xaricindən cəlb edilən investisiyalar da daxil olmaqla, bu layihə reallaşdırıla bilər. Əminliklə deyə bilərəm ki, layihəyə cəlb edilən xarici maliyyənin də bir hissəsinin arxasında Azərbaycan oliqarxları və məmurları dayanacaq".

Ekspert Rusiyanın NTV telekanalında "Xəzər adaları" barədə gedən bir sujeti də xatırlatdı: "Orada deyilirdi ki, Hacı İbrahimin layihəsinin "gözünü" dünyada ən hündür bina olacaq "Azerbaijan Tower" təşkil edəcək. Bu tipli sujetləri efirə verməkdə məqsəd proyektin piarına xidmət edirdi. Biznesmeni təbrik etmək olar: piar uğurlu oldu, amma iqtisadi cəhətdən yanaşsaq, heç bir piar layihəyə xərclənməsi nəzərdə tutulan bu qədər pula dəymir. Əlbəttə ki, adada olan yaşayış binaları və ticarət obyektləri rusiyalı biznesmenlərin diqqətini cəlb edəcək və bu obyekt onları alanlara yaxşı gəlir gətirə bilər. Amma bunun üçün əvvəlcə həmin obyektləri tikmək lazımdır. Ayrıca, xüsusi vurğulamaq istəyirəm, həmin obyektlər qeyd etdiyim kimi, hansısa daxili və əcnəbi iş adamlarına cazibədar gələ bilər, lakin tikintiyə qoyulan investisiyalar onun orta statistik azərbaycanlının büdcəsinə heç cür uyğun gəlməyəcəyini göstərir. Yəni bu kompleks əhalinizin böyük əksəriyyəti üçün maraq kəsb etməyəcək. Digər tərəfdən, ümumi tikintinin ilkin qiymətləndirilməsi layihəsi 100 milyard dollardan çox göstərilir ki, bu məbləğin də hətta xarici sərmayəçilərin cəlb olunmasından sonra belə tapılıb tikintiyə yatırılması real görünmür".

""Xəzər adaları"nın TAP-TANAP-la eyni vaxtda reallaşdırılması risklidir"

Həmsöhbət olduğumuz digər mütəxəssis - iqtisadi şərhçi Viktor Qimbarovski azərbaycanlı biznesmenin bu layihəsini həcminə görə Dubayın tikintisinə bənzətdi, amma "Xəzər adaları"nın iqtisadi cəhətdən olduqca riskli bir layihə olduğunu qeyd etdi: "Azərbaycan iqtisadiyyatı enerji ehtiyatlarının satışından əldə olunan xarici valyuta axınını daim hiss edir. Amma iqtisadi qeyri-sabitliyi nəzərə alsaq, dünya maliyyə sistemində neft hasilatından əldə olunan gəlirlərin saxlanılması üçün etibarlı aktivlər yoxdur. Çünki dollar da daxil olmaqla, bir çox xarici valyutalar əmtəə məhsullarına münasibətdə alıcılıq qabiliyyətlərini sürətlə itirirlər. Ona görə də iqtisadiyyatı daha çox neft-qaz satışı üzərində qurulmuş ölkələrdə iri infrasruktur layihələrin həyata keçirilməsi xeyli dərəcədə riskli qərardır. Misal olaraq, Soçi Olimpiadasından əvvəl Rusiyada faktiki olaraq yenidən tikilən infrastrukturları göstərmək olar".

Layihənin perspektivliyinə gəlincə, mütəxəssis hesab edir ki, yaxın gələcəkdə (Yaxın Şərqdə proqnozlaşdırılan enerji böhranı nəzərə alınmaqla) məhz Xəzər dənizi neft-qaz alıcısı olan ölkələr üçün "neft donoru" rolunu oynaya bilər. Ona görə də bu tipli iri layihələri həyata keçirmək cəhdləri diqqətləri Azərbaycana yönəltmək üçün uğurlu reklam vasitəsi olsa da, bəzi məqamları diqqətdən qaçırmamaq lazımdır. Belə ki, irimiqyaslı investisiya layihələrinə yatırılan böyük maliyyə vəsaitinin ciddi risk daşıdığı və təhlükəsizlik məsələlərinin o qədər də asan təmin olunmadığı göz altına alınmalıdır".

Bundan əlavə Viktor Qimbarovskinin qənaətincə, fikir verilməli əsas məsələlərdən biri "Xəzər adaları"nın inşası ilə Azərbaycan hökumətinin böyük ümidlər bəslədiyi və Qərb tərəfdaşları ilə diplomatik münasibətlərinin əsas dayaqlarından biri olan TAP-TANAP layihəsinin tikintisi ilə eyni vaxta təsadüf etməsidir: "Düzdür, iri infrastruktur layihələrinin həyata keçirilməsinə ayrılan vəsait birbaşa vətəndaşların cibindən deyil, xarici investisiyalardan və büdcədən ayrılacaq. Bu isə ölkə büdcəsindən regionlardakı müxtəlif layihələrə ayrılan vəsaitlərə yenidən baxılması deməkdir. Problemli regionlar vəsait çatışmazlığını daha çox hiss edəcəklər. Başqa sözlə desək, Hacı İbrahimin proyektinin bu qədər maliyyə hesabına reallaşmasından sonra belə bir sosial-iqtisadi mənzərə yarana bilər: varlılar daha varlı, kasıblar isə daha kasıb olacaqlar. Demək istədiyim odur ki, hökumətin birbaşa təşəbbüsü və dəstəyi ilə başladılan TAP-TANAP layihəsi iqtisadi baxımdan səmərəlidir, geosiyasi baxımdan rəsmi Bakının manevr imkanlarını genişləndirəcək və Azərbaycanın Qərb ölkələrinin nəzərində etibarlı və uğurlu tərəfdaş olmasını bir daha isbatlayacaq. Lakin yuxarıda da qeyd etdiyim kimi, bu cür uğurlu bir layihənin reallaşmasına çalışıldığı bir dövrdə "Xəzər adaları" kimi iqtisadi cəhətdən risklərlə dolu, ayrıca dövlət üçün həyati əhəmiyyətli olmayan böyük bir inşaat çalışmalarına start vermək məqsədəuyğun addım sayıla bilməz. Üstəlik, "Xəzər adaları" Azərbaycan cəmiyyəti üçün də o qədər cəlbedici və əhəmiyyətli deyil. Bir sözlə, Hacı İbrahimə uğur arzulayıram, lakin bu cür nəhəng proyektin indiki maliyyə imkanları və nəzərdə tutulmuş iri plan həcmində başa çatdırılacağına bir ekspert kimi inanmıram".

İsmayıl MƏMMƏDLİ

Bizimyol.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Xəzər adaları” Hacı İbrahimdən alındı

    “Xəzər adaları” Hacı İbrahimdən alındı ...

    3-07-2015, 10:51

  • 
  • Hacı İbrahim Nehrəmlinin icraçısı olduğu «Xəzər Adaları» layihəsi yarımçıq qala bilər - İki investor şirkət geri çəkilir

    Hacı İbrahim Nehrəmlinin icraçısı olduğu «Xəzər ...

    3-12-2014, 23:04

  • 
  • Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, millət vəkilinə verildi (AÇIQLAMA)

    Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, ...

    1-07-2019, 21:19

  • 
  • Beynəlxalq Bank Hacı İbrahim Nehrəmlini məhkəməyə verdi - Daha bir kredit qalmaqalı

    Beynəlxalq Bank Hacı İbrahim Nehrəmlini məhkəməyə ...

    14-06-2021, 13:47

  • 
  • Hacı İbrahimin utopik “Xəzər adaları”nın yeni mülkiyyətçisi açıqlandı

    Hacı İbrahimin utopik “Xəzər adaları”nın yeni ...

    16-07-2019, 12:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu