Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən türk ifaçısı Murad Göğebakandan pis xəbər gəlib.
Xərçəng xəstəliyi ilə bağlı olaraq reanimasiyada müalicə olunan müğənni vəfat edib. Azərbaycanda daha çox “Ay yüzlüm” mahnısı ilə tanınan Murad həkim nəzarəti altında olduğu Medipol Universitetinin xəstəxanasında həyatını itirib. Əldə edilən məlumata əsasən, 1 ildir müalicə alan ifaçı 3 gündür ki, reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, Türkiyənin baş naziri Ərdoğan onun üçün “Uzun adam” mahnısını yazan sənətçini evində ziyarət etmişdi. Qatıldığı mitinqlərdə də Murad Göğebakan üçün dua edirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?