Bu gecə ermənilərin hücumunu dəf edən zaman şəhid olan Quba rayonundan hərbi qulluğa çağırılmış Elnur İbrahimov doğulduğu torpaqda dəfn olunub.
gundemxeber.az-ın məlumatına görə, onun dəfnində rayon icra hakimiyyətinin əməkdaşları, əsgərin döyüşçü yoldaşları, hüquq mühafizə işçiləri və ziyalılar iştirak edib.
Digər şəhid Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Coşqunov da doğulduğu Yeni Kənddə dəfn olunması üçün hazırlıq prosesi gedir. Onun cənazəsinin bu dəqiqələrdə doğulduğu kəndə gətiriləcəyi bildirilir.
Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 10 hərbçisi şəhid olub.
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 3 hərbçisi yaralanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?