Fərdi yaşayış evlərinin pəncərələri və dam örtükləri dağılıb
Ermənilər cəbhədə növbəti dəfə təxribat törədiblər.
Erməni hərbçilər Azərbaycanın Tərtər rayonunun işğal altında olan Seysulan kəndində yerləşən mövqelərdən Qapanlı kəndini atəşə tutublar.
Şiddətli atəş təxminən yarım saat davam edib. Azərbaycan Ordusu cavab atəşi ilə düşməni susdurub. Düşmənin müxtəlif silahlardan açdığı atəş zamanı Qapanlı kəndində evlərə ziyan dəyib.
Fərdi yaşayış evlərinin pəncərələri və dam örtükləri dağılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?