"Olke.az" saytı Ordumuzun bombardımanından sonra döyüş xəttindəki erməni mövqelərinin alov aldığını və bunu əks etdirən foto yayıb.
Sayt xəbər verir ki, hazırda ordumuzun yaylım atəşi və hava zərbələri nəticəsində alov alan erməni möqelərində güclü yanğın davam edir. Zərbələr nəticəsində düşmənin onlarla əsgərinin və hərbi texnikasının məhv edildiyi bildirilir.
"Ölkə.az"ın bölgədəki müxbiri xəbər verir ki, zərbələrlə məhv edilmiş düşmən mövqeləri Xocavənd rayonunun işğal altındakı Qarakənd kəndində yerləşir.
Xatırladaq ki, dünən "Olke.az" saytı Ordumuzun Yusifcanlı və Bayramlı kəndlərini geri qaytardığını da xəbər vermişdi. Lakin Axar.az-ın bölgəyə ezam olunmuş müxbiri xəbərin doğru olmadığını, dezinformasiya xarakteri daşıdığını müəyyənləşdirdi. Eləcə də Müdafiə Nazirliyi xəbəri təsdiq etmədi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?