Livanda tanınmış şiə alimi Hani Fahs Suriyadakı vətəndaş müharibəsinə görə, Hizbullah və İranı sərt şəkildən ittiham edib.
gundemxeber.az xəbər verir ki, Küveytdə yayımlanan ər-Ray qəzetindəki məqaləsində Hani Fars Hizbullahdan Suriya, Livan və İraqda etdiklərinin cavabını istəyib.
"Daha yolun başındaykən byanlışdan geri dönək" deyən Fahs, Hizbullah və İrana xitabən "çox sevdiyiniz Suriya rejimini dəstəkləməyinizin verdiyi kiçik faydalar, Suriya , İraq və Livanda gördüyünüz zərərlərin yanında heç nədir" bildirib.
Fahs Hizbullah və İranı Suriya xalqının deyil, Bəşər Əsədin yanında olmaqlarına görə kəskin qınayıb.
Maraqlı burasındadır ki, Livanlı məşhur şiə alimi İranı erməniləri dəstəkləməkdə də sərt ittiham edib.
"Ermənilərlə vuruşan və əhalisinin bir hissəsi şiə olan Azərbaycanın haqsız olduğunu deyən və bununla da tarixi vicdansızlıq sərgiləyən siz İranlılar, nədən məzlum Suriya xalqının yanında olmadınız?"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?