Ermənistanın keçmiş Xarici İşlər naziri, hazırda isə ölkə parlamentinin müxalifətdən olan üzvü Aleksandr Arzumanyan Sərkisyan iqtidarını və Rusiyanı sərt tənqid edib.
Bu barədə “News.am” informasiya agentliyinə açıqlama verən Arzumanyan deyib ki, təmas xəttində baş verən son gərginliyin səbəbkarları Rusiya və yarıtmaz Ermənistan iqtidarıdır:
“Öz ordusunu Qarabağ münaqişəsinin getdiyi zonaya daxil etmək üçün Rusiya əlindən gələni etməkdədir. Bunun üçün müxtəlif addımlar atır –təxribatlar törədir, Ermənistan iqtidarına müəyyən vədlər verir, Avrasiya İqtisadi Birliyinə üzv qəbul edəcəyini deyir. Amma biz nələrin şahidi oluruq? Kremlin törətdiyi təxribatlardan hər gün gənc hərbçilərimiz həlak olur. İllərdir təmas xəttində sakitlik hökm sürürdü, amma indi sərhəddə əsgərlərimiz ölür. Hazırda hamı müharibənin alovlanacağını deyir. Əminəm ki, Ermənistanla Azərbaycanın arasını Rusiya gərginləşdirir. Burda başqa bir məqam da var – Moskva Cənubi Qafqazda öz hərbçilərinin sayını artırmaqla son zamanlar Qərblə normal münasibətlər qurmağa çalışan İranı neytrallaşdırmaq istəyir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?