İraq insan haqları naziri İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı barədə şok məlumat yayıb.
Nazir 500 yezidi kürdü öldürərək toplu məzarlara gömüldüyü ilə bağlı dəlillərinin olduğunu açıqlayıb. O bildirib ki, bəzi qadın və uşaqların diri-diri basdırıldıqlarına aid dəlillər də aşkarlanıb.
Nazir həmçinin 300 qadının da əsir alındığını söyləyib.
İraq Kürd Regional Rəhbərliyi səlahiyyətliləri İŞİD tərəfindən İraqın şimalındakı Sincar dağında mühasirə altında olan ən az 20 min yezidin qaçaraq Suriyaya sığındığı bildirilib.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, bir həftə əvvəl Sincar dağına qaçan yezidilərin sayı 50 min civarındadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?