Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll olunması üçün həm Ermənistan, həm də Azərbaycanın xoş niyyətləri var.
Bunu Rusiya prezdenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan prezidentlərin ilə görüşü zamanı deyib.
“Məmnuniyyətlə ifadə edirəm ki, Azərbaycan prezidenti problemin sülh yolu ilə həllinə diqqət yetirdi və siz (Sarkisyanı nəzərdə tutur - red) indi bu barədə dediniz. Bu indiki halda çox mühümdür, çünki faciə yoxdur. Əgər xoş niyyət varsa, bütün çətin vəziyyətlər həll oluna bilər. Mənə elə gəlir ki, bu xoş niyyət həm erməni xalqında, həm də Azərbaycan xalqında var”, deyə Putin bildirib.
O, qeyd edib ki, Dağlıq Qarabağdakı vəziyyət Sovet İttifaqının davamçısı kimi qalıb: “Həll yolunu tapmaq üçün biz səbr, ağıl, bir-birimizə hörmət göstərməliyik”. - See more at: http://axar.az/news/26301#sthash.LxEH1Bkp.dpuf
Sorğu
Yeni dizaynımız necədir?