Türkiyədəki "GS kredit kartı formatını Azərbaycanda fankard adı altında hazırlayan “Amrahbank” Bakıda Türkiyənin sarı-qırmızı rəngli klubunun tərəfdarı olanların diqqətini çəkmək üçün bazara İstanbulun “Qalatasaray” və Bakının “Neftçi” klublarının birgə iş birliyi ilə hazırlandığını irəli sürdüyü bir kredit kartını çıxarıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təqdimatda və Azərbaycanda keçirilən təqdimatda isə kart sahiblərinə GS Store mağazalarından 10 faiz ilə 20 faiz arasında güzəştlər, “Qalatasaray”ın matçlarına uçuş imkanları ifadə edilib. Bu kart mətbuat açıqlaması ilə bazara sürüldükdən sonra “Qalatasaray” klubu xəbərdar olub və hərəkətə keçib. “Qalatasaray” klubuna heç bir dəfə xəbər verilmədən çıxarılan tərəfdar kartı ilə bağlı sarı-qırmızılar “Amrahbank” adlı Azərbaycan firmasına qarşı iddia qaldıracaq.
“Qalatasaray” klubu avqustun 18-də Azərbaycan bankına etiraz göndərəcək və bu məsələ hüquqi çərçivədə həll ediləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?