TQDK-ya V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək səlahiyyəti verilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətləri artırılıb. TQDK-nın rəsmi saytında yer alan məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə edilən bəndə görə TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək səlahiyyəti verilib. Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir. “Xəbər xidməti”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?