Bakıda evdə yanğın baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın avqustun 22-də gecə saatlarında Nizami rayonu Şərifli küçəsində şəhər sakini Vüsal Manafova məxsus evdə olub. 7 kv. m. sahədə olan məişət əşyaları yanıb, xəsarət alan olmayıb. Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyatlar nəticəsində yanğını qəsdən törətmiş Bakı şəhər sakini Oleq Yeqorov saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb. Faktla bağlı araşdırma davam edir
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?