Elchi.az-ın bildirdiyinə görə, bir neçə saat əvvəl Türkiyənin 12-ci Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın AK partiyalılar və partiya funksionerləri qarşısında son çıxışı olub. Çıxışı Türkiyənin dövlət kanalı olan TRT və bir sıra özəl kanallar canlı yayımlayıb.
Təbii ki, bu əsnada uzun aylardır aralarında "paralel dövlət" mübarizəsi aparan NUR camaatına, konkret olaraq Fətullah Gülənə yaxın "Samanyolu" kanalının efirə hansı proqramla çıxdığı da maraqlı olub.
Aralarındakı mübarizənin ilk günüdən Ərdoğan və komandasını rüşvətxorluqda və korrupsiyada ittiham edən gülənçilər Ərdoğanın son çıxışı zamanı da fürsəti əldən verməyiblər. Əməkdaşımızın araşdırması zamanı məlum olub ki, Ərdoğan partiya üzvlərinə son dəfə başqan qismində səslənən saman "STV"-nin efirində "Rüşvetçinin Kumpası" (Rüşvətxorun Quraması) adlı film yayaımlanıb. Elchi.az həmçinin bildirir ki, film Ərdoğanın nitqinin tamamlanması ilə birlikdə yarımçıq dayandırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?