Türkiyədə Hərbi Hava Qüvvələri məktəbinin tələbələrinin məzun olması münasibətilə mərasim keçirilib.
ANS PRESS-in məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, baş nazir Əhməd Davudoğlu, Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, milli müdafiə naziri İsmət Yılmaz və digər səlahiyyətli şəxslər iştirak ediblər.
Bu il Hərbi Hava Qüvvələri məktəbini bitirən tələbələrdən 4-ü azərbaycanlıdır.
Ərdoğan mərasim zamanı Hərbi Hava Qüvvələri məktəbini başa vuran tələbərə diplomlar verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?