Azərbaycana səfər edən Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda məşhur otellərdən birində gecələyib.
ANS PRESS-in xəbərinə görə, gecə saatlarında otelə gələn Ərdoğan maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, onu otelin girişində rəngarəng güllərlə bəzədilən və üzərində Azərbaycan-Türkiyə bayraqları olan gül çələngi ilə qarşılayıblar.
Gül çələnginin üzərinə isə “Hörmətli Prezidentimiz, Xoş Gəldin” mesajı qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?