Xırdalan şəhəri 26 məhəllə Mehdi Hüseyn küçəsində məcburi köçkünlərin yaşadığı binada baş verən partlayış zamanı dağıntılar altında qalan daha bir nəfə də xilas edilib.
AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın 1-ci mərtəbəsindəki mənzildə yaşayan ailənin azyaşlı uşağı FHN əməkdaşları tərəfindən dağıntılar altından çıxarılıb.
O dərhal təcili tibbi yardım xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb. Dağıntılar altında qalan digər şəxslərin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.
*** Polislə sakinlər arasında qarşıdurma yarandı Hadisə baş verən binanın yaxınlığında polis əməkdaşları ilə sakinlər arasında qarşıdurma yaranıb.
AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə buraxılmayan sakinlər və hələ də partlayış baş verən binada olan insanların yaxınları buna etiraz edirlər. Onlar binaya yaxınlaşaraq, yaxınlarının və mənzillərin vəziyyəti ilə maraqlanmaq istəyirlər. Polis isə bütün etirazlara baxmayaraq, hüquq-mühafizə orqanlarının və xilasetmə xidmətinin əməkdaşlarından başqa heç kimi partrlayış baş verən binanın yaxınlığına buraxmır.
Hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin 10-a yaxın həkim briqadası cəlb olunub.
*** gundemxeber.az bildirir ki, Musavat.com-un reportyoru Röya Rəfiyevanının Xırdalandan verdiyi, ancaq hələ dəqiqləşdirə bilmədiyimiz məlumata görə, partlayışdan sonra yaranmış dağıntıların altından çıxarılan bir gənc qadın Bakıda yerləşən xəstəxənalardan birinə aparılarkən yolda keçinib. Bundan başqa səkkiz yaşlı qız dağıntıların arasından sağ çıxaılıb. Onun atası isə hələ də daş qalaqlarının altındadır. Xilasetmə tədbirləri davam edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?