Ağcabədi rayonunun Avşar kəndinin əhalisi ilə "Muğanbank"ın bu rayondakı filialı arasında qalmaqal yaşanıb.
Kənd sakinlərinin Avropa.info-ya verdikləri məlumata görə, qalmaqala səbəb "Muğanbank"ın heç bir səbəb göstərmədən, əhalisinin sayına görə, Ağcabədidə ikinci olan bu Avşar əhalisinə kredit verməkdən imtina etməsidir.
"Bank müdiri deyir ki, biz bu kəndin əhalisinə kredit vermirik. Səbəbini də izah etmirlər. Bu bankın əsas fəaliyyət növü rayonlarda təsərüffatın inkişafı üçün, kredit verməkdir. Ağcabədinin bütün kəndlərinə kredit vermələrinə baxmayaraq, rayonun əhalisinə sayına görə, ikinci böyük kəndinə kredit vermirlər. Bu özbaşnalıq və ayrıseçkilikdir. Onların bu addımı çox təhlükəli məqamlara gətirib çıxara bilər. Biz "Muğanbank"ın bu addımını dövlətə və ölkə rəhbərliyinə qarşı təxribat hesab edirik."
Qeyd edək ki, Avşar kəndi Azərbaycanın ən məşhur kəndlərindən sayılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?