Bu barədə məlumatı İnterpress.az-a V.Qurbanovun qardaşı Xəqani Qurbanov verib.
Onun sözlərinə görə, cümə günü saat 16:00-dan etibarən xəbər almaq mümkün olmayan Vuqar Qurbanovun harda saxlanıldığı nəhayət bu gün məlum olub: “Bizə məlumat verildi ki, Vüqar Abşeron rayon Polis İdarəsində saxlanılır. Ona 15 sutka həbs verilib. Ancaq bunun səbəbləri barədə heç bir məlumat ala bilməmişik. Qardaşımın nə etdiyi, nə üçün cəzalandırıldığı məlum deyil. O da “Sevil”lə bağlı zəiyyət çəkənlərədn biri olub. İşləyib, ancaq pulunu ala bilməyib. Elə pulunu almaq üçün də evdən çıxıb və itkin düşüb. 3 günlük axtarışdan sonra onun Abşeronda saxlandığını bildiriblər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?