Madriddə əzəli rəqibi Real Madridi qonaq sahədə 2-1 məğlub etməyi bacaran “Atletiko” Avropa mətbuatının manşetlərində özünə yer alıb.
Elchi.az xarici mətbuata istinadən bildiri ki, qələbə qoluna imza atan Arda Turan isə yerə göyə sığdırılamayıb.
İspan mətbuatı uzun sürən zədədən sonra təkrar formasına qovuşan Arda Turanın “Real Madrid”-ə vurduğu qələbə qolunu manşetə qədər çıxarıblar.
Türk futbolçuya təriflər yağdıran qəzetlər Ardanın oyuna girişi ilə keyfiyyət fərqini ortaya qoyduğunu vurğulayıblar.
Bəzi qəzetlər isə "Ronaldo dayandı Arda oynadı" başlıqları ilə Ardanın ortaya qoyduğu futbolun Ronaldo keyfiyyətində olduğunu iddia ediblər.
Sodial mediada isə Arda Turan üçün haştaqlar açılaraq komandanın ən yaxşı futbolçusu seçilib.
"Əzəli rəqibimizi öz sahəsində məğlub etmə zövqünü bizə yaşatdığın üçün təşəkkürlər, Arda" tipli mesajlar yağdıran azarkeşlər, ulduz futbolçunun “Atletiko Madrid”in ən əhəmiyyətli oyunçularından biri olduğunu qeyd ediblər.
İSPAN QƏZETLƏRİ DERBİDƏN BELƏ YAZDI
“Elchi.az” bildirir ki, “Marca” qəzeti manşetə çıxardığı başlıqda '”Atletico Madrid” iki il üst-üstə “Bernabeu” stadionundan qalibiyyətlə ayrılır' yazıb. Qəzet hər bir qələbədə Arda Turanın rolunun böyük olduğuna diqqət çəkib.
Ardanın paytaxt Madridin yeni kapitanı olduğunu yazan qəzet, Türk oyunçunun keyfiyyətinin mübahisə predmeti olmadığını da qeyd edib.
DİGƏR QƏZETLƏRİN BAŞLIQLARI:
AS: "”Bernabeu”da Arda qərar verir" başlığını manşet edən qəzet, Turanın oyuna girişi ilə “Atletiko Madrid”in oyununu tamamilə dəyişdiyinə diqqət çəkib. Qəzet, "Ronaldoya deyil, Ardaya baxın" iddiası ilə Arda Turanın komandasının qalibiyyətinə yalnız qolu ilə deyil oyunu ilə də rol oynadığını yazıb.
El Mundo Deportivo: "Arda belə olmasını istədi" başlığı altında Türkiyəli futbolçunun vurduğu qolun azarkeşlər tərəfindən “Real Madrid”in prezidenti Florentinonun istefasının istənilməsinə səbəb olduğunu bildirib.
El Pais: "”Atletiko” Ardanın istədiyi anda qalib gəldi" başlıqlı manşet yazısında Arda və Krezmanın oyuna girişi ilə komandada ab-havasının dəyişdiyinə diqqət çəkən qəzet, bu iki oyunçuya tərif dolu sözlər yağdırıb.
"MƏNƏ BURAXXXXXXX"
Ardanın vurduğu qolu təsvir edən Raul Stansiyaçıya o anları belə xatırlayıb: "Topa mən vuracaqdım. ancaq arxamda dayanan Arda 'mənə buraxxxx' deyə elə qışqırdı ki, məndə vurmadım. O isə gəlib qolu vurdu. Yaxşı ki, mən vurmamışam" dedi.
Qarşılaşmanı cəzalı olduğu üçün tribunalardan izləyən texniki direktor Simeonenin isə Ardanın atdığı qol sonrası uşağına sarılaraq "Arda Turan, Arda Turan" çığırdığı kameralardan yayınmayıb.
İtaliyanın “La Gazzetta dello Sport" qəzeti isə "Peyğəmbər Arda belə hökm etdi" başlığı ilə Avropanın yeni ulduzunun Arda olduğunu iddia edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?