Ötən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərin şəxsiyyəti məlum olub.
AzNews.az xəbər verir ki, onlardan biri gənc fəal, jurnalist Fuad Abdürrəhmanlıdır. O, “Türküstan” qəzetində redaktor vəzifəsində çalışıb. Redaktor həm də Dünya Azərbaycanlıları Konqresinin fəal üzvlərindən olub. Onun faciəli ölümü yaxınlarını və həmkarlarını şoka salıb. Onun ölümü ilə bağlı sosial şəbəkələrdə üzücü statuslar paylaşılıb. Fuad iki il öncə ailə həyatı qurub. Mərhum bu gün Şəkidə dəfn ediləcək. Qeyd edək ki, “Mercedes” və “KamAZ” markalı maşınların toqquşması nəticəsində “Mercedes”in sürücüsü, Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlu, onun sərnişinləri – həmyerliləri, 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu, 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu və 1986-cı il təvəllüdlü Abdürrəhmanlı Fuad Şahid oğlu qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?