Quba-Küpçal yolunun açılışı iki hadisə ilə yadda qalıb.
Quba-Küpçal yolunun açılışında uzunömürlü olmasından həvəslə danışan rayonun Küpçalqışlaq kənd sakini, 80 yaşlı Həmid Rizvanovun az sonra elə burdaca əbədiyyətə qovuşması mərasimə kədər qatdı. Çıxışı zamanı sevincini gizlətməyən, hamını təbrik edən ağsaqqalın ürəyi tutaraq yıxıldı. Rayonun baş həkimi tibbi yardım göstərməyə çalışsa da, onun həyatını xilas etmək mümkün olmadı.
Yeni yoldan keçmək ağsaqqala qismət olmasa da, yerli sakinlər artıq əvvəlki əziyyətlərə qatlaşmalı olmayacaq. Ölkə başçısının ayırdığı vəsait hesabına çəkilən müasir yol 7 kəndi birləşdirir. Əvvəllər yolsuzluqdan əziyyət çəkən sakinlər indi ürəkli danışır.
Yeni yoldan ilk keçən isə toy karvanı oldu. Dağlı kənd sakinlərinin toyu həm də yeni yolun açılışıyla yadda qaldı.
Təzə ailə quranlara xüsusi hədiyyə də təqdim edildikdən sonra maşın karvanı yoldan keçdi. Rayon rəsmiləri digər bərbad yolların da yenidənqurulması istiqamətində işlərin aparıldığını bildirdilər. (ans)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?