Qazaxıstanın Baykonur kosmodromu Beynəlxalq Kosmik Stansiyaya növbəti astronavt heyətini göndərib. Bu dəfəki heyətin tərkibi Rusiya və ABŞ astronavtlarından təşkil olunub. Rusiyanın “Soyuz TMA 14 M” tipli kosmik təyyarəsi yerli vaxtla 02:25-də stansiyaya doğru yola düşüb. Səfərin ilk mərhələsi uğurlu alınsa da, məlumata görə, kosmik gəmi havalandıqdan sonra günəş batereyalarından biri açılmayıb. Bu barədə BBC vebsaytı Uçuş İdarəetmə Mərkəzinə istinadən xəbər yayıb. Yaranmış texniki nasasızlığın səbəbi hələlik bilinmir. Astronavt heyətinin tərkibində bir xanım, rusiyalı astronavt Yelena Serova yer alır. Rusiya bununla 1997-ci ildən bəri ilk dəfədir ki, kosmosa qadın astronavt göndərir.
Sorğu
Yeni dizaynımız necədir?