Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır avtomobil qəzası baş verib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında baş verib.
Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, "Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub.
Hadisə yerində zamanı 4 nəfər dünyasını dəyişib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan, hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar.
Hadisə zamanı ağır yaralanan 6 şəxs Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Sonradan yaralılardan 5 nəfəri də dünyasını dəyişib. Hazırda ölən şəxslərdən 6-nın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsində, 3-nün meyiti isə Göyçay rayon şöbəsindədir.
Bir nəfər yaralı isə ağır vəziyyətdə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?