Mustafayevanın həyatını xilas etmək mümkün olmayıb Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Nobel prospektində Anar Həsənov idarə etdiyi "Honda" markalı minik avtomobili ilə yolu keçməyə çalışan 1984-cü il təvəllüdlü İsmayılov Ağasif Vasif oğlunu və 1991-ci il təvəllüdlü Mustafayeva Təhminə Məzahir qızını vurub. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq 23 yaşlı T.Mustafayevanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürücü avtomobili ilə birlikdə ərazidən uzaqlaşıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) və 264-cü (hadisə yerindən yayınma) maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır. (lent.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?