Bakıda qadınlara hücum çəkərək onları qarət edən, oğru yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, qadınların vahiməsinə çevrilən manyak Binəqədi rayon Polis İdarəsi və 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan Zaqatala rayon sakini Əfqan Cunayev bir neçə qadına hücum çəkərək onları qarət etməkdə günahlandırılır.
Belə ki, o, sentyabrın 22-də S.S.Axundov küçəsində Nərmin Məlikməmmədovanı itələyib yıxaraq, qulağından 1 çüt sırğasını, 2 ədəd mobil telefonunu, əl çantasından 15 manat və bankomat kartını götürüb.
Bundan başqa Əfqan Cunayev sentyabrın 29-da 7-ci mikrorayonda Mirvari Hüseynovanı da yerə yıxaraq döyüb. Ondan qızıl və gümüş üzüklərini, 1 cüt qızıl sırğasını və mobil telefonunu götürərək qaçıb.
Saxlanılan Əfqan Cunayevin başqa cinayətlər də törətdiyi istisna edilmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?