Bakının Xətai rayonunda qonşular arasında yaranan mübahisə qanlı sonluqla bitib. APA TV-nin məlumatına görə, hadisə rayonun Nazim Şükürov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Əkbərov qonşusu Şaiq Quliyevlə 8 ay əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onların həyətinə gedib.
Şaiqin maşında olduğunu görən Sənan avtomobilə arxadan vinçestr tüfəngi ilə atəş açıb. Atışma səsinə gələn Sənanın qardaşı Rauf Əkbərov, atası Sahəddin Əkbərov, həyat yoldaşı Təzəgül Əliyeva və Şaiqin yaxınları arasında dava olub. Əkbərovlar ailəsinin hər üç üzvünə xəsarət yetirilib.
Yaralılar yaxınları tərəfindən xəstəxanaya aparılıblar. Hadisə yerinə Xətai RPİ-nin 37-ci polis bölməsinin əməkdaşları gəliblər. Polislər maddi sübut kimi hadisə yerindən güllə gilizləri və 1 ədəd xəncər götürüb. Daha sonra şahidlərdən bir neçəsi izahatları alınması üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?