Ötən gün sosial şəbəkələrdə daha bir “dedovşina” faktı başlığıyla şəkillər paylaşmışdı. Az sonra bu məlumat internet qəzetlərdə yayıldı. Yayılan məlumatlarda Azərbaycan Ordusunun zabiti əsgərləri alçaldaraq bellərində diş pastası ilə “Gəncə” sözünü yazdırıldığı qeyd olunurdu. Az sonra məlumat yayıldı ki, Müdafiə Nazirliyi məsələylə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, fotonu şəkild görünən Ülvi Namazlı “facebook” səhifəsində paylaşıb. Məsələ ictimaiyyətləşəndən sonra isə profilini bağlamalı olub. Ülvi Namazlının atası Eldəniz Nəzərov mətbuata açıqlamasında bildirib ki, foto sentyabr ayında çəkilib: “Mənim oğlum 6 ayın əsgəridir. Sentyabr ayında ezamiyyətdə olarkən xatirə olsun deyə belə bir şəkil çəkdiriblər. Əsgərlər bir-birinin kürəklərinə öz rayonlarının adını yazıb, şəkillər çəkdiriblər. Mən də bundan xəbər tutan kimi həyəcan keçirdim. Foto yayılan kimi oğlumu gəlib hərbi hissədən aparıblar araşdırma aparmaq üçün. Bilmirəm hardadı, ona görə də korpusa gedirəm. Yəqin araşdırmadan sonra həqiqət üzə çıxacaq”. Eldəniz Namazlının sözlərinə görə, oğlu zabit deyil və cəmi 40 günün əsgəridir. O bildirib ki, foto karantin dövründə Beyləqanda çəkilib. Əsgərlər xatirə fotosu çəkdirmək istəyiblər və nədənsə ağıllarına bu cür qeyri-adi yol gəlib.
Sorğu
Yeni dizaynımız necədir?