Bu gün səhər saatlarında Bakının Səbayel rayonunun Badamdar qəsəbəsində sərnişin avtobusunda dava düşüb.
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, mübahisə polislə sürücü arasında olub.
29 saylı avtobusun sürücüsü ilə polis əməkdaşı arasında mübahisə sonradan dava ilə nəticələnib.
Nəticədə sürücü avtobusda olan sərnişinləri düşürüb və polislə birlikdə gedib.
Sayt məsələyə aydınlıq gətirmək üçün avtobusun sahibkarı Hikmət Bağırovla əlaqə saxlayıb. Sahibkarın verdiyi məlumata görə, hadisə sürücünün avtobusun arxa qapısını açmaması səbəbindən baş verib.
“Sürücü arxa qapını açmayıb ki, sərnişinlər gedişhaqqı verməmiş düşməsinlər. Bu zaman polis əməkdaşı sürücü ilə mübahiə edib. Mübahisə zamanı söyüş söyülüb. Mübahisə davaya çevrilib. Sonradan sürücü ilə polis əməkdaşı barışıblar. Problem həll olunub”, - deyə Hikmət Bağırov bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?