Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində dəmiryolu xəttinin üstündə olan 2 körpü istismar müddəti bitdiyindən uçurdulub.
AzNews.az bir neçə gün öncə Bakı-Sumqayıt yolunda hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat vermişdi. Və o vaxt Bakı-Sumqayıt yolunun bir hissəsində “giriş qadağandır” nişanı qoyulduğundan yolda dəhşətli tıxac yaranmışdı. O zaman yolun nə səbəbdən bağlanması açıqlanmasa da bu gün paytaxta girişin məhdudlaşdırılmasının məhz həmin körpülərin qəzalı vəziyyətdə olması ucbatından bağlanması dəqiqləşib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bu haqda açıqlama yayaraq sözügedən avtomobil yolunda tətbiq olunan məhdudiyyətin yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədar olduğunu təsdiqləyib.
Belə ki, körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək. Onun sözlərinə görə, qeyd edilən ərazidə genişləndirmə işlərinin də aparılması nəzərdə tutulub.
P. Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edirlər.
“Birinci mərhələ üzrə biz Sumqayıt istiqamətindən Bakı Beynəlxalq Avtovağzalına qədər olan hissədə dörd aşırımlı və üç zolaqlı körpü tikdik. Biləcəri istiqamətində isə yolun sağ tərəfindən, yəni Bakıdan Sumqayıt istiqamətində iki bir aşırımlı körpü tikilib, həmçinin üç zolaqlı yol salınıb”, - deyə qurum rəsmisi əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?