GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ANS-də əsl bozbaş havası vardı- Etiraz

ANS-də əsl bozbaş havası vardı- Etiraz

Tarix: 23-10-2014, 11:57 Bölmə :Ölkə Baxış: 408
ANS-də əsl bozbaş havası vardı- Etiraz
Kamran Həsənlinin aparıcı olduğu "Günəbaxan" verlişində yazarlara münasibəti jurnalistlərin etirazına səbəb olub.
Moderator.az onlardan birinin, tanınmış jurnalist Könül Cəfərlinin mövzu ilə bağlı yazısını təqdim edir:
"Yazarların çıxdığı verilişin “zapis”inə baxdım. Şərif Ağayar deyirdi burada toy havası var. Amma mən deyərdim ki, ANS-də əsl bozbaş havası vardı. Ayrı günlər hansı havanın əsdiyini bilmirəm, amma yazarların iştirak etdiyi “Günəbaxan” verilişində əsl bozbaş havası idi. Təsəvvür edin ki, ölkənin 2 yazarı və 1 jurnalistinı verilişə DƏVƏT ediblər. Mövzu da toylardır. Bu 3 nəfər qələm əhli toyların hazırkı vəziyyətinə etiraz edir. İstənilən mövzunu 2 əks tərəf ilə müzakirə etmək olar. Belə daha MARAQLI olur müzakirə. Maraqlı ha, QIRĞIN demədim. “Günəbaxan” da toy mövzusunu 2 tərəflə müzakirəyə çıxarmaq istəyib. Qələm əhlinə qarşı toyları dəstəkləyən 2 müğənni çıxarıb. Aparıcının yazarlara, xüsusən də Şərif Ağayara qarşı hörmətsizliyinə, aparıcı kimi qeyri-peşəkarlığına heç nə bəraət qazandıra bilməz. Hətta dəridən-qabıqdan çıxdıqları reytinq siyahısı da. Bir kəlmə ilə RƏZALƏT!
Niyə?
1. Mövzu 2 əks mövqe ilə müzakirəyə çıxarılırsa, aparıcı öz mövqeyini sərgiləməməli, mövqe nümayiş etdirməməlidir. K.Həsənli açıq şəkildə müğənnilərin mövqeyini dəstəkləyirdi.
2. Aparıcı hər iki tərəfə eyni münasibət göstərməli və hər iki tərəfin öz fikirlərini açıq şəkildə çatdıra bilmələri üçün şərait yaratmalıdır. K. Həsənli tez-tez yazarları mikrofonu bağlamaqla təhdid edir, diskusiya mədəniyyətini xatırlatmaqla, ziyalı tərəfə psixoloji təzyiq göstərirdi. Hətta məqsədi bu olmasa belə, bu cür hallar qonağa psixoloji təsir edir.
3. Studiyada müğənni tərəfin başda əyləşdirilməsi- yəqin ancaq bozbaş mühitində ola bilər. Qonaqların studiyada harada əyləşməsinin də əhəmiyyəti var. TV etikasına görə, xüsusən də debat fotmatında, yəni əks qütblü müzakirələrdə hər iki tərəfə aparıcıdan eyni məsafədə, eyni stullarda yer ayrılmalıdır. Adətən mövqelər qarşı-qarşıya yerləşdirilir və aparıcı simvolik olaraq hər iki tərəfdən eyni məsafədə dayanır. Bu aparıcının nə qədər tərəfsiz olduğunun göstəricisidir. Çünki bu cür fiziki nüansların da tərəflərə psixoloji təsiri var.
4. Əks olan tərəflərin düzgün seçilməsi də çox önəmlidir. Ən azı intellektual səviyyəsi bir-birinə yaxın olan insanlar cəlb olunmalıdır. Yazar-müğənni debatının nəticəsi “Günəbaxan”dakı kimi rüsvayçılıq olar.
5. Aparıcının funksiyası adından da göründüyü kimi verilişi aparmaqdır. Yəni sual vermək, müzakirənin məcradan çıxmasının qarşısını almaqdır. Əgər dəvət olunan qonaq aparıcıya tabe olmasa belə aparıcı qonağı CƏZALANDIRA BİLMƏZ! Yəni “Günəbaxan”dakı kimi yazarların əlindən mikrofonu dartıb ala bilməz.
6. Aparıcı heç bir halda sosial statusundan, kimliyindən asılı olmayaraq, qonağa qarşı kobud ifadə işlədə bilməz. Əgər belə hal olarsa, həmin aparıcı hörmətsizlik etdiyi qonaqdan və tamaşaçılardan üzr istəməlidir. Əgər aparıcı üzrdən imtina edirsə, TV rəhbərliyi öz şirkətinin nüfuzunu nəzərə alaraq, özü qonaqdan və tamaşaçılardan üzr istəyir. K.Həsənli bir-birindən mikrofonu alan qonaqlar haqqında belə dedi: “Bir-birinizin əlinizdən mikrofonu QAPIRSINIZ”. Hər nə qədər ifadəyə bədii don geyindirməyə çalışsaq da, aparıcının dilindən belə bir kobud ifadənin çıxması qonaqlara qarşı hörmətsizlikdir. Hər halda ədəbiyyatla bağlı veriliş deyildi, nə də aşıq məclisi.
7. Aparıcı verilişə dəvət olunan qonaqları bir-bir tanımalı, fəaliyyətləri, mövzu ilə bağlı mövqeləri haqqında qismən də olsa məlumatlı olmalıdır. Bir aparıcının qonaqların adını bilməməsi ayıb və yenə də qonaqlara qarşı hörmətsizlikdir. Ən ayıbı isə bunu nümayişkar şəkildə elan etməsidir. K.Həsənli “adı nəymiş qardaşın?” deməklə qarşısındakını kiçiltmədi, özünün verilişə nə qədər hazırlıqsız olduğunu göstərdi.
8. Lap Tv jurnalistikanı, efir mədəniyyətini, etik normaları qoyaq bir yana, aparıcı ev yiyəsidir, qonaq isə elə bildiyimiz qonaq. Qonağı çağırıb, sonra əlindən qaşığı dartıb almaq, adını bilməmək AYIBDIR! Harda qaldı bağırdığınız mentalitet?
İndi deyəcəksiniz ki, TV-lər bu gündədir, biz nə edək? Etmək olar. Məsələn, bir yazara bu cür hörmətsizlik edən bir TV-ni bütün ziyalılar, yazarlar, qələm əhli baykot edə bilər. TV-ləri özünüz də tərbiyələndirə bilərsiniz. Amma 5-10 dəqiqəlik efirdə görünmək istəyi tamahınıza və prinsipiallığına üstün gəlməsə..."
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bozbaş Pictures"də üç toy

    "Bozbaş Pictures"də üç toy ...

    23-11-2015, 14:18

  • 
  • İstirahət günü əsl yay havası olacaq

    İstirahət günü əsl yay havası olacaq ...

    29-06-2013, 14:38

  • 
  • Daha bir veriliş bağlandı

    Daha bir veriliş bağlandı ...

    15-10-2015, 15:52

  • 
  • İstirahət gününün HAVASI

    İstirahət gününün HAVASI ...

    26-12-2015, 16:01

  • 
  • Sabahın havası: duman, bəzi yerlərdə yağış

    Sabahın havası: duman, bəzi yerlərdə yağış ...

    28-11-2015, 14:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu