Bakıda 3 nəfərin bıçaqlanması ilə nəticələnən dava olub.
Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, oktyabrın 28-də Məshəti küçəsində Bakı şəhər sakinləri, 1989-cu il təvəllüdlü Elşad Kərimov, 1991-ci il təvəllüdlü Ömər Cəbrayılzadə və 1990-cı il təvəllüdlü Anar Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
E.Kərimov aldığı xəsarətlər nəticəsində, xəstəxanada ölüb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Abdullayev tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?