Oğru aləmində məhbus və ya şübhəli şəxs polisə, müstəntiqə etiraz bildirəndə qolunu doğrayır. Bu, “blatnoy” adamın qiyamı sayılır.
Bakı polisində dünən məhz belə bir “qiyam” olub. Milli.az hüquq-mühafizə orqanlarından məlumat əldə edib ki, istintaq hərəkəti üçün Səbayel Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsinə etap olunan Əfqan Göyüşov elə orada özünü doğrayıb. O, qan içərisində xəstəxanaya aparılıb və orada ona yardım edilib.
Ə.Göyüşov bu ilin martında Ü.Hacıbəyov küçəsində yerləşən mağazada Ceyhun Məmmədovun mobil telefonunu masanın üzərindən oğurlayıb. Ondan oğurladığı mobil telefon və 1 qramdan artıq heroin götürülüb. Sonradan isə müəyyən edilib ki, Ə.Göyüşov martın 22-də Ü.Hacıbəyov küçəsində Azad Məmmədovun evindən qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?