Şadlıq evinin qarşısında “avtoş”luq edən şəxslər polis tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bir neçə gün öncə elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı "Ağçiçəyim" şadlıq sarayının ətrafında naməlum sürücünün "VAZ-2107" markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər nümayiş etdirilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markaklı avtomobillə edib.
Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib.
Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?