GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hərbi ekspert vurulan vertolyotdan yazdı -«Vuran əlləriniz var olsun!!!»

Hərbi ekspert vurulan vertolyotdan yazdı -«Vuran əlləriniz var olsun!!!»

Tarix: 13-11-2014, 01:00 Bölmə :Ölkə Baxış: 0
Dəyərli dostlar, hörmətli həmkarlarım!
Hərbi ekspert vurulan vertolyotdan yazdı -«Vuran əlləriniz var olsun!!!»
Cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyotun vurulması yəqin ki, ən azından yaxın bir həftə, on günü gündəmi zəbt edəcək hərbi, hərbi-siyasi mövzu olacaq. Hesab edirəm ki, bu Azərbaycanın xeyrinə olan bir hadisədir və biz bundan maksimum istifadə etməliyik. Artıq bəzi ermənipərəst qüvvələr var-gücü ilə «qara məni basınca, qoy qaranı mən basım» prinsipi ilə hərəkətə keçiblər. Məni ən çox narahat edən isə ATƏT-in baş katibi Lamberto Zannierin çox yersiz və qərəzli münasibəti oldu ki, məhz o haqda fikirlərimi sizlərlə bölüşmək istərdim.
Yəqin ki, diqqətli oxucular və hörmətli həmkarlarım yaxşı xatırlayırlar ki, mən istər ATƏT olsun, istərsə də digər irili-xırdalı beynəlxalq qurumların Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərə, insan itkilərinə, mülki şəxslərin üzləşdikləri çətinliklərə biganə münasibəti hiddət doğurmaya bilməz. Ən yaxın tarixə nəzər salanda, bu ilin avqustunda cəbhə bölgəsində ondan çox hərbçisini itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının, həmçinin öz doğma ocaqlarına, ata-babalarının məzarlarını ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin vəhşicəsinə təhqir edilməsinə, Həsən Həsənovun isə işgəncələrlə qətlə yetirilməsinə son dərəcə biganə yanaşan ATƏT-in «xristian damarı» dərhal özünü göstərməyə başladı. Avropa Parlamentindəki dinləmələrdə çıxışı zamanı ATƏT-in baş katibi qeyd edib ki, bu hadisələr onsuz da qeyri-sabit olan vəziyyət kontekstində böhranın daha da genişlənməsinə səbəb ola bilər. Yəni, ATƏT insidentdən narahatdır və belə hadisələr böhranın miqyasını artıra bilər.
Vallah mən ATƏT «başbiləni» Lamberto Zanyerin hansı «etibarlı mənbəə»lərinə əsaslanaraq belə tez-tələsik bəyanat verməsini, bu haqda narahatçılığını bildirməsini anlamadım. Bu cənabdan sorusmaş lazımdır ki, ay filan zat, erməni kimi qaniçənin hərbçisinin, onun iki cüt, bir tək döyüş vertolyotunun …. Azərbaycan ərazisində nə işi var ki, onu da bizim əsgərlər vururlar? Və ümumiyyətlə özünə hörmət edən hansı ölkə imkan verər ki, onun başı üzərində düşmən ordusunun hərbi təyyarəsi, yaxud vertolyotu fırlansın?? Son illər Dağlıq Qarabağda və ətrafındakı hadisələrdən «çox narahat», «bərk narahat», «dərindən narahat» olan beynəlxalq qurumlar birdəfəlik anlamalıdırlar ki, artıq Azərbaycan xalqının səbr kasası daşmaq üzrədir. Belə daha davam edə bilməz.
Qeyd edim ki, Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarında keçirdiyi hərbi təlimlər hələ bir neçə gün də davam edəcək. Dünən baş vermiş məlum insidentdən sonra düşmən tərəf mütləq mənada mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirməyə və yeni-yeni təxribatlar törətməyə cəhd edəcəkdir. Ona görə də, ayıq-sayıqlıq birə beş artırılmalıdır. Qətiyyən boşluğa və özbaşınalığa yol vermək olmaz.

Sonda, onu da qeyd etməyi vacib sayıram ki, Müdafiə Nazirliyinin rəhbərliyinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlunu dərhal xidməti vəzifəsini yerinə yetirərkən sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif etməsi, həmçinin ona qiymətli hədiyyənin verilməsi də çox gözəl bir addımdır. Məhz belə də olmalıdır.
Eşq olsun, Azərbaycan əsgərinə!!! Vuran əlləriniz var olsun!!!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirib

    ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas ...

    9-06-2016, 00:39

  • 
  • Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

    Qoşunların təmas xəttində növbəti monitorinq ...

    10-05-2016, 12:00

  • 
  • Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

    Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma ...

    28-02-2017, 17:05

  • 
  • ATƏT təmas xəttində monitorinq keçirəcək

    ATƏT təmas xəttində monitorinq keçirəcək ...

    2-05-2018, 16:30

  • 
  • Cəbhədə növbəti yoxlama olacaq

    Cəbhədə növbəti yoxlama olacaq ...

    18-05-2016, 10:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu