Prezident İlham Əliyev bu gün yeni sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncam Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisi ilə bağlıdır. Sərəncama əsasən Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılıb. Və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?