Vaqif Mirzəyev BMW ilə "dama hərəkətləri" edib Rusiyanın paytaxtı Moskvada, Kutuzov prospektində 5 nəfərin ölümünə səbəb olan azərbaycanlı "avtoş"un son görüntüləri yayılıb.
Adıçəkilən prospektdə quraşdırılan müşahidə kameraları 24 yaşlı Vaqif Mirzəyevin bahalı maşını ilə yolda "dama hərəkətləri" etdiyi aydın görünür.
Kadrlardan da görünür ki, o maşın BMW-ni yüksək sürətlə idarə edərək qarşı zolağa çıxıb. Nəticədə qarşıdan gələn "Hyundai Solaris"lə toqquşub. Bundan sonra maşın alışıb.
Xatırladaq ki, qəza noyabrın 8-də gecə saatlarında baş verib. Hər iki maşında olan 5 nəfər güclü zərbənin təsirindən elə hadisə yerindəcə keçinib. Yalnız 21 yaşlı Darya adlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata görə, V.Mirzəyev azərbaycanlı iş adamının övladıdır. Yaxınları onun avtoyürüşü çox sevdiyini, pulla bağlı heç bir problemi olmadığını deyiblər. (anspress)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?