GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı və Tehranın hamar olmayan münasibətləri

Bakı və Tehranın hamar olmayan münasibətləri

Tarix: 14-11-2014, 21:32 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan-İran münasibətlərinin enişli-yoxuşlu tarixi; iki ölkə arasında iqtisadi sahədə əlaqələr inkişaf etsə də, mübahisəli məsələlərdə hələ ortaq nöqtəyə çatmaq mümkün olmayıb

Bakı və Tehranın hamar olmayan münasibətləri

İran prezidenti Həsən Ruhani noyabrın 12-13-də Azərbaycanda iki günlük səfərdə oldu. O, Bakıda yüksək səviyyədə qarşılandı, Azərbaycan prezidentinin iqamətgahında iki ölkənin dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildi.

Axşam isə Azərbaycan Prezidenti İlham Əliyev H.Ruhaninin şərəfinə ziyafət verdi.
İran prezidentinin Bakı səfəri zamanı iki ölkə arasında 6 bənddən ibarət birgə bəyannamə, eləcə də bir sıra sahələrdə əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan hökuməti İran İslam respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiyini bəyan edib. Eyni zamanda Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman İranın dəstəyini hiss ediblər. Bundan başqa, prezidentlər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını vurğulayıblar. Bakıda olan İran naziri bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi hazırda 500 milyon dollar civarındadır, ancaq bu rəqəmi 10 dəfə artırmaq olar və tərəflər bununla bağlı danışıqlar aparıblar.

Belə görünür ki, hər iki ölkənin rəhbərliyi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Və son bir ildə aparılan siyasət, qarşılıqlı səfərlər, ritorika bunu deməyə əsas verir. Ancaq hələlik iki ölkə münaisbətlərinin tam şəkildə düzəldiyini və ya yüksək səviyyədə olduğunu iddia etmək olmaz, çünki ortada hələ də həll olunmamış ciddi məsələlər qalır.
Azərbaycanla İran həmsərhəd (Azərbaycanın ən uzun sərhədi Ermənistandan sonra İranladır) ölkə olmasına baxmayaraq iki ölkə arasında münasibətlər heç də hamar olmayıb.

Elə indi də, son illərdə iqtisadi əməkdaşlıq, biznes əlaqələri istiqamətində müəyyən irəliləyişlər olsa da, siyasi və diplomatik sahədə İran-Azərbaycan münasibətləri yüksək səviyyədə deyil. Azərbaycan dövləti İranın Ermənistanla yaxından əməkdaşlıq etməsi, iqtisadi dəstəyinin olmasından, eləcə də Azərbaycanda dini fəaliyyətindən, daha dəqiqi şiə dini camiəsi üzərində təsir yaratmasından narazıdır. Eyni zamanda iki ölkə Xəzər dənizinin bölüşdürülməsi məsələsində ortaq mövqeyə gələ bilmirlər. İki ölkə arasında Xəzərdəki mübahisəli neft yataqları 2000-ci illərin əvvəllərində hətta hərbi qarşıdurmaya səbəb olmaq həddinə gəlib çatmışdı.

Öz növbəsində Azərbaycanın Qərbyönlü kurs götürməsi, eləcə də İsraillə yaxından əməkdaşlıq etməsi Tehranda qəzəblə qarşılanır. 2011-ci ildə ABŞ mətbuatında Azərbaycanın 4 hərbi aerodromunun İsrail ordusunun istifadəsinə verilməsi xəbərinin yayılması Bakı ilə Tehran arasında münasibətləri ciddi şəkildə gərginləşdirdi. Hər iki ölkədən bir - birinə qarşılıqlı hədələr gəldi. Ancaq Azərbaycan dövlət başçısının müdaxiləsindən sonra vəziyyət müəyyən qədər sabitləşdi. 2013-cü il iyunun 4-də Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycan-İran münasibətlərində nəzərə çarpacaq yumşalmalar müşahidə olunmağa başladı. İranın yeni “islahatçı” prezidenti Qərblə münasibətlərin mülayimləşməsi tərəfdarı kimi çıxış edirdi. Bu siyasət Azərbaycana qarşı da tətbiq olundu.

Hazırda Azərbaycan-İran münasibətlərində yeni tendensiya müşahidə olunur. Belə ki, artıq Azərbaycan iş adamları İranın müxtəlif sahələrinə, o cümlədən enerji layihələrinə yatırım qoyurlar. Qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycan hakimiyyəti ilə yanaşı İran hökuməti də maraqlı görünür.

Qeyd edək ki, SSRİ-nin son illərində, eləcə də müstəqilliyin ilk illərində İran Azərbaycanda aktiv fəaliyyət göstərib, iki ölkə arasında humanitar yardım, hərbi sahədə əməkdaşlıq, eləcə də siyasi-iqtisadi və digər əsas istiqamətlərdə əməkdaşlıq olub. Ancaq sonradan, xüsusən də AXC hakimiyyəti dönəmində Azərbaycanın strateji olaraq Türkiyə və Qərbə inteqrasiya kursu götürməsi İranla əlaqələrin soyumasına səbəb olub. H.Əliyevin hakimiyyətə gəlməsindən sonra İranla əlaqələr qismən düzəldilsə də, strateji kursu dəyişdirilməyib və İranla münasibətlərdə məsafə saxlanılıb. Ancaq buna baxmayaraq İslam Respublikası Azərbaycanda humanitar yardım, hərbi əməkdaşlıq, eləcə də hər iki ölkənin müştərək olduğu dini maarifçilik sahəsində fəaliyyətlərini davam etdirib. Sonradan, daha dəqiqi 90-cı illərin sonlarında hərbi sahədə əməkdaşlıq dayandırılıb, dini, təhsil və sair sahələrdə fəaliyyətlər azaldılıb. 2001-ci ildə isə Azərbaycan hökuməti ölkə ərazisindəki 14 İran mədrəsəsini bağlamaqla İslam Respublikasının Azərbaycandakı dini fəaliyyətini böyük ölçüdə dayandırıb.

2002-ciildə isə Xəzərdə mübahisəli neft yataqlarında işləyən bp şirkətinə məxsus gəmilərə İran hərbi gəmilərinin hücum etməsi iki ölkə arasında gərginliyi daha da artırıb. Azərbaycan Türkiyədən hərbi dəstək istəyib, Bakıya Türkiyə hərbi attaşeləri və hərbi hava qüvvələrinə məxsus “Türk şahinləri” gələrək, Xəzərdəki mübahisəli neft yataqları üzərindən uçuşlar həyata keçirməklə Azərbaycana Türkiyənin hərbi dəstəyini nümayiş etdirib.

Sonrakı illərdə, xüsusən də 2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçilməsindən sonra İranla Qərb arasında münasibətlər daha da gərginləşdi və ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. İranın ABŞ-la müharibə vəziyyətində olması Azərbaycana da ciddi problemlər yaradırdı. İran hökuməti həmin periodda Azərbaycanı potensial təhlükə ərazisi kimi görərək bir neçə dəfə Bakıya xəbərdarlıq edib. Sonradan açıqlanan məxfi yazışmalardan da göründüyü kimi, Tehran Bakının Amerika ilə əməkdaşlığından rahatsız olub. Ortaya çıxan məlumatlardan görünür ki, amerikalılar Bakıda İrana qarşı bir sıra kəşfiyyat fəaliyyətləri aparıblar. Eyni zamanda 2008-ci ildə Bakıda İsrail səfirliyinə qarşı İranda hazırlanan terror hücumunun qarşısının alınması münasibətləri daha da gərginləşdirdi. Həmin vaxt İran rəsmiləri Azərbaycanı İrana qarşı Qərbin “ön cəbhəsi” kimi qiymətləndirirdilər. Bu vəziyyət son iki ilə qədər müəyyən vaxtlarda artan və azalan gərginliklə davam etdi.

Qeyd edək ki, hazırda da səmimi və isti mesajlara, o cümlədən iqtisadi sahədə əlaqələrin yaxşılaşdırılmasına yönəlik addımlara baxmayaraq Bakı və Tehran arasında strateji olaraq yaxınlıq mövcud deyil. Çünki iki ölkə arasında mübahisəli məsələlər həllini tapmayıb. Xəzərin bölüşdürülməsi ilə bağlı iki dövlət arasında ciddi fikir ayrılıqları qalır. Eyni zamanda İran hələ də Ermənistanla münasibətlərini Azərbaycanı qane edəcək səviyyədə qurmayıb. Tehran rəsmiləri də Azərbaycanın Qərb ölkələri, o cümlədən İsraillə əməkdaşlığına ehtiyatlı yanaşırlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İran prezidentinin Ermənistana səfər proqramı

    İran prezidentinin Ermənistana səfər proqramı ...

    18-12-2016, 23:44

  • 
  • Ruhani və Sarkisyan İran-Ermənistan iqtisadi əlaqələrini inkişaf etdirmək niyyətindədir

    Ruhani və Sarkisyan İran-Ermənistan iqtisadi ...

    6-08-2017, 15:36

  • 
  • Həsən Ruhani İlham Əliyevə zəng edib

    Həsən Ruhani İlham Əliyevə zəng edib ...

    5-07-2016, 12:49

  • 
  • Ruhani Azərbaycana gəlib

    Ruhani Azərbaycana gəlib ...

    28-03-2018, 12:57

  • 
  • İran Prezidenti İlham Əliyevə dollardan imtina təklif etdi

    İran Prezidenti İlham Əliyevə dollardan imtina ...

    2-11-2017, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu