Bakının Yasamal rayonunda ölüm faktı qeydə alınıb. Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Azon zavodunda baş verib. Belə ki, dünən saat 13 radələrində həmin zavodda çilingər işləyən 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov soyuducu kompressorun partlaması nəticəsində xəsarət alıb. Sinəsindən aldığı xəsarətdən Ə.Bağırov iş yerindəcə ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?