Nazir Ramil Usubovun yolunu kəsən motosikletçilər axtarılır Bu dəqiqələrdə Bakıda motosikletlərə qarşı xüsusi reyd keçirilir. Paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları yol polisi və post patrul avtomobilləri ilə axtarış aparırlar. Əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin alay komandiri Rəşadət Babayev (302), Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) rəhbərlik edir. Gecə saatlarından başlayan əməliyyat nəticəsində bu dəqiqələrədək 11 motosiklet saxlanılaraq, dayanacaqlara aparılıb. Əməkdaşımız gözlənilmədən belə geniş əməliyyatın keçirilmə səbəbini də öyrənib. Məlum olub ki, bu gün 20-21 radələrində Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov metronun "Elmlər Akademiyası” stansiyası yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozub. Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıdakıəksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkəti qaydalarını tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib. Bundan sonra "motosiklet ovuna” start verilib. Hazırda əməliyyat davam edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?