"Facebook" istifadəçilərinə onların məlumatları ilə iş üzrə daxili sənədlərin 2015-ci il 1 yanvar tarixindən etibarən yenilənməsi barədə xəbərdarlıq edib.
Bu sənədlərdə "Facebook"un hansı məlumatlardan necə istifadə etdiyi bildiriləcək.
Texniki baxımdan "Facebook"un istifadəçi anlaşmaları az dəyişib. Şirkət sosial şəbəkə və onun reklamvericilərinin tətbiqetmələrini hazırlayanların siyasətini xüsusiləşdirib.
İstifadəçilərə şirkətin istifadəçi tərəfindən təqdim edilən istənilən məlumat, o cümlədən sosial şəbəkə ziyarətçilərinin saytda nə etdikləri barədə yığılan məlumatlardan istifadə edə biləcəyi barədə danışılır.
Bundan başqa, sosial şəbəkə istifadəçilərin kiminlə və nə qədər tez-tez ünsiyyət qurmasına dair məlumatları da toplayır. Buna tətbiqetmənin quraşdırıldığı smartfonun telefon kitabı ilə sinxronlaşma zamanı "Facebook"un əldə etdiyi kontaktlar barədə məlumatlar, şəbəkənin GPS üzrə müəyyən edə bildiyi qurğunun yerləşməsi də əlavə edilir
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?