Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovçularla bağlı araşdırmalarını davam etdirib. Və bu sahədə olan qanunsuzluqları aşkara çıxarıb. Qeyri-qanuni ovçuluq fəaliyyətilə məşğul olan şəxslər ifşa edilərək cərimələnib.
ANS TV-nin məlumatına görə, 2014-cü ildə ovçuluq mövsümünün başlaması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib. Reydlər zamanı qanunusuz ov edənlər saxlanılıb və cərimələnib. Tutulan şəxslərin 95 faizi quş ovu ilə məşğul olanlar olub. Son iki ay ərzində isə 75 nəfər saxlanılıb. Saxlanılanlardan 66 nəfəri qanunsuz ov etdiyinə görə, 9 nəfər isə qanunsuz ovlanmış heyvanların satışı ilə məşğul olduğuna görə saxlanlıb.
“Ümumilikdə 66 tüfəng, 573 ədəd patron müsadirə olunub. Cərimələr də kifayət qədərdir. Onlar 1000-2000 manat məbləğində cərimə olunurlar”, – deyə nazirliyin sektor müdiri Raqub Mirzəyev bildirib.
9 ay ərzində isə 52600 manat məbləğində cərimə toplanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?