İranın paytaxtı Tehranın polisi indi bu qızı arayır.
Tehran metrosundakı vaqonlardan birində qız "Little Mix" qrupunun "Salute" mahnısının sədaları altında rəqs edib. Olayın videosu sosial şəbəkələrdə sürətlə yayılır.
Qız İranda qadın hüquqlarının pozulduğunu iddia edərək, "Qadınların ictimai yerlərdə rəqslərinə və çadrasız, hicabsız peyda olmalarına etirazım bu rəqsimdir" deyib.
Video ilk əvvəl Facebook-dakı "My Stealthy Freedom" səhifəsində yerləşdirilib, sonra paylaşılıb və populyarlaşıb.
İranın hakimiyyət dairələri və din xadimləri qadınların ictimai yerlərdə "həddən artıq azad davranmalarına" qarşıdır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?